"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto
- Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi
- İyulun havası: 42 dərəcə isti...
- Siqaret qaçaqmalçılığı: vəzifəli şəxslərin məhkəməsi başladı
- Bakının bu qəsəbəsində söküntü: Kompensasiyanın məbləği...
- Prezident fərman imzaladı
- Sabah 2 rayonda qaz olmayacaq