İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.
“BUTA.TV” xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
- Ronaldodan bərabərlik qolu - Yenilənir
- "Arzum"un həbsinə səbəb olan qəzanın yeni görüntüsü...
- İspaniya darmadağınla 1/8 finalda - Yenilənib
- Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər - Video
- Çayda batan Muradın - Fotosu
- Naxçıvanda 24 milyonluq nəhəng layihə...
- Azərbaycana səfərindən sonra bu görüntüləri paylaşdı - Video
- 50 min dollara saat almaqdansa... - Emin Ağalarov