Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

21:06 - 3 İyul 2026 - GÜNDƏM

 Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

Bakının daha iki yol sahəsində təmir işləri aparılır.

Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.

Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.

Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol