İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu

16:06 - 11 İyul 2026 - GÜNDƏM

 İlham Əliyev Şuşada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" otelinin yeni korpusları ilə tanış olub.

BUTA.TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, "Yasəmən" ootelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Orijinal görkəminə uyğun üslubda bərpa edilən "Yasəmən" otelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə "Yasəmən" otelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Fatimənin xalası oğlu Batumidə tutuldu - Video

Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb.

Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol