Bir ekosisteminin fintex həlli olan m10 beynəlxalq pul köçürmələrini daha da əlçatan edir. m10 pulqabı vasitəsilə Türkiyə, Gürcüstan, həmçinin Qazaxıstan, Özbəkistan və Ukrayna kimi region ölkələri də daxil olmaqla, dünyanın 140-dan çox ölkəsinin bank kartlarına ani və birbaşa pul köçürmələri həyata keçirmək mümkündür.
Bu funksiya vasitəsilə istifadəçilər vəsaiti cəmi bir neçə toxunuşla birbaşa şəkildə xaricdəki alıcının bank kartına göndərə bilirlər. Sürət, sadəlik və əlçatanlıq prinsipləri üzərində qurulan bu həll, beynəlxalq pul köçürmə əməliyyatlarını kəsintisiz və rahat şəkildə həyata keçirməyə imkan verir. Sıfır komissiya ilə təqdim olunan m10 bazarda ən sərfəli həllərdən biri kimi fərqlənir.
İstər ailəyə dəstək göstərilməsi, istər xaricdə təhsil xərclərinin qarşılanması, istərsə də digər beynəlxalq ödəniş ehtiyaclarının təmin edilməsi üçün m10 sürətli, etibarlı və rahat pul köçürmə imkanı təqdim edir.
Məhsulla tanış olun: m10.az/international-transfers
Tətbiqi yükləyin: m10.onelink.me/WzYm/p4gk6cvf
m10 haqqında
m10, Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir ekosistemi tərəfindən hazırlanmış rəqəmsal cüzdan və fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi
- Süni intellektlə fotolar düzəldib qadınları şantaj edirdilər - Kiberpolis saxladı-Video
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü