Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Məlumata görə, qəza zamanı "Mersedes" markalı təcili tibbi yardım avtomobili ilə "Cherry" markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu