Şəkidə piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, iyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Mahir Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şahin Tahirov isə təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Xəzərdə batan şəxs müstəntiq imiş
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
- Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı