5-ci Milli Yaylaq Festivalı zamanı səhnə aşmayıb, cıdır meydanı yanında yerləşən və atlar üçün samanların saxlanması üçün nəzərdə tutulan yüngül taxta konstruksiyalı, üstü qarğılı çardaq çöküb.
BUTA.TV xəbər verir ki, bu barədə 5-ci Milli Yaylaq Festivalının təşkilatçılarının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, tədbirin səhnəsi gün ərzində fəaliyyət göstərib və ikinci günün əsas konserti saat 22:00-dək davam edib.
Çökən çardaq insanların oturması üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməyib və altında heç bir xidmət təşkil ediməyib.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
Hadisənin başvermə səbəbləri müvafiq qaydada araşdırmanın nəticəsində müəyyənləşəcək.
“Hadisədən təəsüfləndiyimizi bildirməklə, yüngül xəsarət alan vətəndaşlarımıza şəfa diləyirik” - açıqlamada bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Xəzərdə batan şəxs müstəntiq imiş
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
- Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı