Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

13:04 - 26 İyul 2026 - GÜNDƏM

 Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.

Bu barədə “BUTA.TV”ya şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir” , - deyə o bildirib.

Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bir müddətdir ki, xəstəxanada müalicə alır.

Lamiyə Məmmədova


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol