Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video

18:33 - 28 İyul 2026 - GÜNDƏM

 Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video

Doğma yurda qayıdış insanın öz köklərinə, xatirələrinə və gələcəyinə qovuşmasıdır. Xocalı rayonunun Badara kəndində məskunlaşan ailələr bu gün doğma ocaqlarında yeni həyat qurur, Böyük Qayıdışın sevincini yaşayırlar.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan RespublikasıQaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Badarada daimi məskunlaşmış Mehdiyev Ramil Yaqub oğlu kənddə yaradılan yaşayış şəraitindən məmnundur. O, ailəsi ilə birlikdə doğma torpaqda öz təsərrüfatını inkişaf etdirir, halal zəhməti ilə gündəlik ruzisini qazanır, gələcəyini qurur.

Videoçarxı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol