30 mindən çox abituriyent imtahana gəlmədi

18:48 - 28 İyul 2026 - GÜNDƏM

 30 mindən çox abituriyent imtahana gəlmədi

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən BUTA.TV-a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizəsi təsdiq olunmuş 30 min 300 abituriyentdən 916 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etməyənlərin 764 nəfəri I, 152 nəfəri isə IV ixtisas qrupunun payına düşür.

İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

Abituriyentlər imtahan nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Nəticələri mobil operatorlar vasitəsilə də öyrənmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol