Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə 12 iyul tarixində keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
“BUTA.TV”nun məlumatına görə, IV ixtisas qrupu üzrə maksimum 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə toplayıb.
O, ilk imtahanda 691,3 bal toplamışdı. Bu nəticə kifayət qədər yüksək olsa da, Samir “Əlaçı” verilişində olduğu kimi, burada da zirvəni əldən vermək istəmədi.
Cəmi 8,7 bal üçün gecəsini gündüzünə qatdı və istədiyinə nail oldu. Bu mərhələdə də ən yüksək nəticəni göstərərək hədəfinə çatdı.
Ölkə birincisi olan Samir sevincini bizimlə bölüşdü:
“Nəticələr çıxanda ailəmlə birlikdə idim. Atamın telefonuna mesaj gəldi, görüb çox sevindik. Möhtəşəm, qürurverici bir hissdir. Əvvəlcədən özümə inanırdım. Bundan əvvəl 691,3 bal yığmışdım və bu, yüksək nəticə idi. Amma fikirləşdim ki, daha artığına gücüm çatırsa, niyə də olmasın? Bu yolda əziyyət çəkmək lazımdır. Allah əziyyəti yerdə qoymur”.
Bəsti Məmməd

- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?”
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video