Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.
- "Azercell"dən illik “ZengimCELL” xidməti
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”
- Biləcəridə metroya yaxın mənzillər - Bu layihələr alıcıları cəlb edir
- Doğma torpağında xidmət edən gəncin bir günü - Video
- Azərbaycanlı gənc Kembric Universitetinə qəbul oldu - Foto
- Neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
- Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...