Avqustun 5-də Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Şahin Yusifov təqaüdə yola salınıb.
Bu barədə BUTA.TV-a Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmədə bu münasibətilə keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək Şahin Yusifovun əmək fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, Şahin Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2010–2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri kimi fəaliyyət göstərib. Vurğulanıb ki, peşəkar və təcrübəli hakim kimi onun məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və qanunun aliliyinin təmin olunmasına mühüm töhfələri olub.
Diqqətə çatdırılıb ki, Şahin Yusifovun fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tədbirdə Şahin Yusifovun zəngin təcrübəsinin gələcəkdə də gənc hüquqşünasların və yeni nəsil hakimlərin formalaşmasına, onların peşəkar kimi yetişməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.
Şahin Yusifov isə öz növbəsində göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirərək, uzun illər ərzində qazandığı təcrübəni, xatirələrini və təəssüratlarını iştirakçılarla bölüşüb.
- Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün seçimlər...
- "Azercell"dən illik “ZengimCELL” xidməti
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”
- Biləcəridə metroya yaxın mənzillər - Bu layihələr alıcıları cəlb edir
- Doğma torpağında xidmət edən gəncin bir günü - Video
- Azərbaycanlı gənc Kembric Universitetinə qəbul oldu - Foto
- Neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
- Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi