Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

20:37 - 9 Avqust 2026 - GÜNDƏM

 Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub.

Bu barədə “BUTA.TV”ya klubdan məlumat verilib.

“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Elvin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” – “Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Xatırladaq ki, matç avqustun 6-da “Lublin Arena”da keçirilib və “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol