Bakıda güclü yanğın başlayıb.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğının Xətai rayonu ərazisində olduğu bildirilir. Qeyd edilir ki, hazırda ərazidə yanacaq çəni yanır.
***
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.
***
Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi