Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı

19:08 - 10 Avqust 2026 - KRİMİNAL

 Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı

Son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır.

Bu barədə “BUTA.TV”ya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib. 

Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan vatsap tətbiqi vasitəsilə guya “təcili” xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.

Mövcud faktlar üzrə başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində qeyd olunan cinayət əməllərinin bəzi iştirakçıları müəyyən edilib, barələrində beynəlxalq hüquqi prosedur tədbirləri başladılıb.

Bundan əlavə, xarici dövlətlərin aidiyyəti orqanları, habelə müvafiq sosial şəbəkə və platformaların aid olduğu beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birgə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində kompleks tədbirlər davam etdirilir. 

İnformasiya texnologiyalarının inkişafının geniş sui-istifadə imkanları ilə müşayiət olunduğu bir vaxtda Azərbaycan vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən cinayətkar məqsədlə qurulan şübhəli əlaqələrə qarşı sayıqlıq nümayiş etdirməli, dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol