Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

10:48 - 14 Avqust 2026 - GÜNDƏM

 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Bu xəbər hal-hazırda çox oxunur
“Qarabağ” pley-offda! - Video-Yenilənib

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol