Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib.
BUTA.TV DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.
Bakı şəhər DYP İdarəsindən bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
- Xocavənddə açıq ərazidə yanğın başladı
- ADSEA sədri Lənkəranda vətəndaşlarla görüşdü
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər
- Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər yaradır?
- DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
- “20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
- Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!
- Hesablama Palatasına yeni səlahiyyətlər verildi