Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi

23:12 - 14 Avqust 2026 - GÜNDƏM

 Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 14 avqust 2026-cı il tarixində Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi idarəsindən məlumat verilib.

Bildirilib ki, ilkin müşahidələrin nəticələrinə əsasən, sözügedən yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması sözügedən prosesin yosunlarda gedən fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir.

“Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb. Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır. Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək”, - deyə məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol