Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir

23:33 - 14 Avqust 2026 - GÜNDƏM

 Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda yeraltı təkanlar qeydə alınıb.

BUTA.TV xəbər verir ki, zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Nocomment.az-a açıqlama verib.

“Bəli, bu dəqiqələrdə Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkrar təkanlar gözlənilir”.

O, bildirib ki, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

“Bu yeraltı süxurlarda gərginliyin artması ilə ortayaçıxan prosesdir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol