Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır

09:22 - 15 Avqust 2026 - GÜNDƏM

 Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.

BUTA.TV” xəbər verir ki, bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.

Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır.

Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;

M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;

M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;

M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;

M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;

M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyalar


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol