Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
“BUTA.TV” xəbər verir ki, bədbəxt hadisə rayonun Siyəkü kəndində baş verib.
Belə ki, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan F. Fətəliyev Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mərhum həftəsonu anasının evinə qonaq gəlirmiş.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazlı
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video
- “Neft sata bilmirik, fabriklərimiz dağılıb”