Bakının Böyükşor gölündə suyun yaşıl rəngə boyanmasının səbəblərinin araşdırılması məqsədilə ərazidən su nümunələri götürülüb, analiz aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.
Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.
Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.
- Şəmkirdə ağır qəza - Ölənlərin sayı 5-ə çatdı+Yenilənib
- Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
- Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi
- Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib
- Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
- 7 ayda 187 milyonluq narkotik dövriyyədən çıxarıldı
- Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir