“Səbail”in Türkiyə toplanışı çərçivəsində “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.
“BUTA.TV” xəbər verir ki, Azərbaycan klubu Boluda gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz halla üzləşib.
Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb. Hətta hadisəyə polisin müdaxilə etdiyi bildirilib.
Matç 1:1 hesabı ilə başa çatıb.
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?