Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq.
“BUTA.TV” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb.
Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.
Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir.
Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar
- 6 maşını, 2 marketi soyan şəxs saxlanıldı
- 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq