Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu

18:54 - 20 Avqust 2026 - GÜNDƏM

 Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayında "Boulevard Hotel”də baş verib. Belə ki, hoteldə ofisiant işləyən Seymur Manafov Şəmistan Əliyevi camaşırxanada bıçaqlayaraq öldürüb. Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı iqtisadi müharibə elan etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol