Bankların müştərilərdən şəxsi və maliyyə məlumatları toplamasının əsas səbəbi təhlükəsiz və fərdiləşdirilmiş xidmət göstərməkdir.
BUTA.TV Marja.az-a istinadən xəbər verir ki, hesab açarkən, kart sifariş edərkən və ya kredit üçün müraciət zamanı müştərilər şəxsiyyət, əlaqə, iş yeri və gəlir məlumatlarını təqdim edirlər. Banklar müəyyən məlumatları qanunvericiliyə uyğun olaraq rəsmi qurumlardan da əldə edə bilərlər.
Toplanan məlumatlar kredit risklərinin qiymətləndirilməsi, müştərinin tanınması, dələduzluğun qarşısının alınması və fərdi bank məhsullarının təqdim edilməsi üçün istifadə olunur.
Qanunvericiliyə əsasən, vətəndaşlar şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdirlər. Bunun üçün banka müraciət etmək və "MyGov" platformasından məlumat sorğularını məhdudlaşdırmaq mümkündür. Lakin bu halda bəzi bank xidmətləri və fərdiləşdirilmiş təkliflərdən yararlanmaq imkanları məhdudlaşa bilər.
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar
- 6 maşını, 2 marketi soyan şəxs saxlanıldı
- 3 yeni turizm və rekreasiya zonası yaradılacaq