Xəbər verdiyimiz kimi, Abşeron rayonunda 31 yaşlı Rasif Abdullayevin ölümü ilə nəticələnən hadisə baş verib.
“BUTA.TV”nun məlumatına görə, o, tanımadığı şəxslərlə mübahisə edib və nəticədə qətlə yetirilib.
Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb.
“Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub – biri ürəyindən, digəri isə ciyərindən. Qonşulardan eşitmişik ki, bıçağı bura gətirən də, onu Rasifə verən də Ayxan olub”, – o deyib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı “Baku TV”nin süjetində:
- Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?