Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - Video

17:22 - 22 Avqust 2026 - GÜNDƏM

 Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - Video

Hindistanın Maharaştra ştatında bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən tükürpədici faciənin təfərrüatları bəlli olub.

BUTA.TV” “Times of India”ya istinadən xəbər verir ki, dəhşətli hadisə 18 yaşlı gəncin kreditlə aldığı “iPhone” smartfonunun aylıq ödənişi üstündə baş verib.

Belə ki, valideynlərindən ödəniş üçün pul ala bilməyən gənc kəskin mübahisədən sonra təpənin zirvəsinə qalxaraq özünü aşağı atacağını bildirib. Hüquq-mühafizə orqanlarının və xilasedicilərin 3 saatlıq danışıqlarına baxmayaraq, gənci fikrindən daşındırmaq mümkün olmayıb.

Bu zaman atası oğlunu xilas etmək üçün ona yaxınlaşaraq uçurumun kənarından çəkməyə çalışıb, lakin hər ikisi müvazinətini itirərək uçurumdan aşağı yuvarlanıb. Hadisəyə şahidlik edən ana isə şok keçirərək özünü onların arxasınca atıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Videoda həssas görüntülər əks olunub. Ürəyi zəif olanların baxmaması tövsiyə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol