Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü

21:30 - 22 Avqust 2026 - GÜNDƏM

 Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü

Böyük Britaniyanın Teessayd bölgəsində polis təqibi zamanı dəhşətli qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Məlumata görə, baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ikisi polis əməkdaşı olmaqla, 7 nəfər həlak olub.

Klivlend Polisi qeyd edib ki, faciə Midlsbro yaxınlığındakı “South Bank” ərazisində, A66 avtomobil yolunda qeydə alınıb. Əks istiqamətdə hərəkət edən “Volksvagen Passat” markalı avtomobil düzgün zolaqla hərəkətdə olan polisin xidməti avtomobili ilə toqquşub.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Hadisə yerinə 14 təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində polis avtomobilində olan iki əməkdaş və “Volksvagen Passat”da olan beş nəfər hadisə yerində ölüb. Həlak olan polis əməkdaşlarının 37 yaşlı Metyu Bleyds və 38 yaşlı Tom Klaf olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol