Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə zərbəsindən sonra Ukraynaya dəstəyimizi artıracağıq.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra X hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya Ukrayna əhalisini qorxutmaq və münaqişəni daha da gərginləşdirmək məqsədilə təcavüzünü davam etdirir:
“Fransa Ukraynaya dəstəyini gücləndirəcək. Bu çərçivədə Ukraynaya raket əleyhinə müdafiə sistemləri üçün ələkeçirici raketlərin tədarükü və Ballistik Raketlərdən Müdafiə Koalisiyası çərçivəsində əməkdaşlıq davam etdiriləcək. Digər ölkələri də Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə töhfə verməyə çağırıram. Hərbi əməliyyatlar başa çatana qədər Rusiyaya təzyiq davam etdirilməlidir. Rusiya terror vasitəsilə Ukraynanı sındırmağa çalışır. Buna nail ola bilməyəcək”.
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa