Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı

01:18 - 23 Avqust 2026 - GÜNDƏM

 Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı

Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna yenidən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

BUTA.TV xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd olunub ki, bu, son 24 saat ərzində hava limanının fəaliyyətində baş verən ikinci belə haldır. Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən əvvəlki məhdudiyyətlər şənbə günü səhər saatlarlarında qüvvəyə minmiş və təxminən bir saat davam etmişdi.

Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır, sərnişinlər və qarşılayanlar üçün reyslərin cədvəlindəki dəyişikliklərlə bağlı yeniləmələr təqdim olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol