Hindistanda “iPhone” krediti ilə bağlı mübahisənin üç nəfərin ölümü ilə nəticələnməsindən sonra milyonçu iş adamı gənclərə pulsuz “iPhone” paylayıb.
“BUTA.TV”nun xəbərinə görə, Maharaştra ştatının Çhatrapati Sambhacinaqar bölgəsində baş verən faciə ölkədə geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra milyonçu iş adamının gənclərə pulsuz telefon hədiyyə etməsi diqqət çəkib. Küçədə keçirilən aksiya zamanı telefonlara böyük maraq göstərilib və cihazların saniyələr ərzində tükəndiyi bildirilib.
Qeyd edək ki, Kunal Çandqude aldığı “iPhone”un taksitlərini ödəməkdə çətinlik çəkib və ailəsindən pul istəyib. Bu məsələ onun atası 48 yaşlı Murlidhar Çandqude ilə mübahisəsinə səbəb olub.
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
Daha sonra Kunal ailəsi və qonşuları ilə birlikdə Tisqaon ərazisindəki təpəlik sahəyə gedib. Polis əməkdaşlarının təxminən üç saat davam edən razı salma cəhdlərinə baxmayaraq, Kunal, atası Murlidhar və anası Sanqita həyatını itirib. Polis hadisənin təfərrüatını araşdırır.
- Rusiya cəmiyyəti müharibənin ağrısını hiss etməlidir - Zelenski
- Putin şəxsi biznesə də əl qoyur: Onlar dövlətə keçəcək!
- Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı - Video
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü