Türkiyədə meşə yanğını: evlər boşaldılır

22:39 - 28 Avqust 2026 - GÜNDƏM

 Türkiyədə meşə yanğını: evlər boşaldılır

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib.

BUTA.TV xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğının bölgədə əsən güclü külək səbəbindən geniş əraziyə yayıldığı bildirilir.

Alovun söndürülməsi üçün bölgəyə çox sayda yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi işləri havadan və qurudan davam edir.

Yanğının təhlükə yaratdığı ərazilərdə, o cümlədən qocalar evi və bəzi yaşayış yerlərində insanların təxliyəsinə qərar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol