Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

03:41 - 29 Avqust 2026 - GÜNDƏM

 Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

Yaponiyada 15 günlük turist vizası ilə ölkəyə daxil olduğu halda 33 il ərzində qanunsuz olaraq qalan 72 yaşlı Cənubi Koreya vətəndaşı saxlanılıb.

BUTA.TV” xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb.

Şizuoka prefekturasının polis rəsmiləri hadisə ilə bağlı açıqlama veriblər.

Bildirilib ki, 1993-cü ildə qardaşının pasportu və 15 günlük turist vizası ilə Yaponiyaya daxil olduğu düşünülən 72 yaşlı Cənubi Koreya vətəndaşı daxil olan bir məlumat əsasında saxlanılıb.

Saxlanılan şəxs polisə verdiyi ifadəsində deyib ki, Yaponiyaya daha yüksək maaşlı iş tapmaq ümidi ilə gəlib. O, törətdiyi qanun pozuntusunu etiraf edib.

Məlumata görə, Yaponiyada viza müddətini aşmaq 2000-ci ildə immiqrasiya qanunlarına yenidən baxılana qədər cəzalandırılan cinayət hesab edilmirdi. Buna görə də, onun viza müddətini 26 il aşdığı və məsələyə həmin dövrün qanunvericiliyi nəzərə alınmaqla qiymət veriləcəyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol