Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp

19:51 - 30 Avqust 2026 - GÜNDƏM

 Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp

Vaşinqton administrasiyası Venesuela sazişindən əldə etdiyi neftdən strateji enerji ehtiyatlarını artırmaq üçün istifadə etmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Venesuela nefti ilə etməyi planlaşdırdığım işlərdən biri də yuxulu Co Bayden (ABŞ-ın 46-cı prezidenti) dönəmində demək olar ki, tükənmiş milli strateji ehtiyatları artırmaqdır. Onların maksimum tutumla doldurulması prosesi çox tezliklə başlayacaq və bu, Venesueladan ABŞ xalqına bir hədiyyədir", - Tramp bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Venesuela ilə neft sazişi imzaladığını bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol