“Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib”.
“BUTA.TV” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.
Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib.
“Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur”, – deyə O. Həsənoğlu bildirib.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Cəmiyyət rəhbəri Girnə-Tasucu bərəsində həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib.
Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var