Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun vilayətində sahilə mənsubiyyəti hələ müəyyən edilməyən pilotsuz kater çıxıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, pilotsuz kater Çarşamba rayonunda yerli balıqçı tərəfindən aşkarlanıb. Balıqçı hadisə barədə jandarmaya və sahil mühafizəsinə məlumat verib.
Katerin aşkarlandığı ərazi mühasirəyə alınıb və obyekti araşdırmaq üçün əraziyə ekspertlər göndərilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Qara dəniz sahilində yerləşən Zonguldak vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı aşkarlanmışdı. Partlayış təhlükəsi olan aparat istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Son dövrlərdə Türkiyənin Qara dəniz sahilindəki vilayətlərində, o cümlədən partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatlarının qalıqları dəfələrlə aşkarlanıb.
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var