Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.
“BUTA.TV” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.
Batan gəmidə 267 sərnişinin olduğu bildirilib.
Məlumata görə, hazırda xilasetmə işləri aparılır.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
***
Girnə bələdiyyə başqanı Murat Şenkul göyərtədəki 159 nəfərlə əlaqə yaradıldığını bildirib.
KKTC Baş naziri Ünal Üstel insan tələfatı olduğunu və xilasetmə əməliyyatı üçün bütün resursların səfərbər edildiyini açıqlayıb.
***
Son məlumatlara görə, gəmidə olan 267 nəfərdən 172-si xilas edilib, altı nəfər həyatını itirib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
***
ŞKTC Baş naziri Ünal Üstel aşmış gəminin göyərtəsindəki 267 nəfərdən 237-sinin xilas edildiyini, 7 nəfərin həyatını itirdiyini və 23 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Bildirilir ki, axtarış tədbirləri Türkiyədən göndərilmiş iki PUA və CASA tipli təyyarə vasitəsilə həyata keçirilir.
***
Baş vermiş qəzada 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var
***
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində batan “Filojet” sərnişin gəmisi ilə bağlı son detalları açıqlayıb.
Bu barədə türkiyəli nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, Taşucu istiqamətinə hərəkət edən gəminin su alaraq batması nəticəsində 8 nəfər həyatını itirib, 241 nəfər isə xilas edilib:
“259 yolcu və 8 heyət üzvünün olduğu gəmidə indiyədək 241 kişi xilas edilib, 8 nəfər həyatını itirib. 18 sərnişinin axtarış-xilasetmə tədbirləri isə davam edir. Hadisədən dərhal sonra Hərbi Dəniz Qüvvələrimiz, ŞKTR Sahil Mühafizəsi və Kipr Türk Sahil Təhlükəsizliyi daxil olmaqla bütün imkanlarımızı səfərbər etmişik. İtkin düşən vətəndaşlarımıza tez bir zamanda çatmaq üçün işlərimizi koordinasiyalı şəkildə sürdürürük”.
A. Uraloğlu faciə zamanı dünyasını dəyişənlərə rəhmət, yaxınlarına isə başsağlığı diləyib.
- Türkiyədə bir sıra konsertlər ləğv edildi
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video