“Çelsi”nin yeni qapıçısı Emiliano Martines London klubunda debüt etdikdən sonra məhz bu komandanı seçməsinin səbəblərini açıqlayıb.
“BUTA.TV” xəbər verir ki, argentinalı qolkiper “Sky Sports”a müsahibəsində transferdə klubun əfsanələri Con Terri və Petr Çexin böyük rolu olduğunu bildirib:
“Mən “Çelsi”nin əfsanələri Con Terri və Petr Çexlə danışdım. Bu klubun nə qədər möhtəşəm olduğunu və bu mövsüm nəyə nail olmaq istədiyimizi çox yaxşı bilirəm. Bura komandaya kömək etmək üçün gəlmişəm. “Aston Villa”da fantastik 7 il keçirdim. London təmsilçisinə mübarizə aparmaq və Premyer Liqa çempionluğunu qazanmaq üçün transfer olunmuşam”.
Qeyd edək ki, Martines “Çelsi” forması ilə debütünü “Brayton”a 4:3 hesabı ilə qalib gəldikləri dramatik matçda gerçəkləşdirib. Təcrübəli qapıçı London klubu ilə 3 illik müqavilə imzalayıb.
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- 1650-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Paşinyan bu türk ölkəsinə səfərə getdi
- “Mercedes”lə “Range Rover” toqquşdu - Video
- Hörmüzdə supertanker minaya düşdü: Yanğın başladı
- Nepalda ölənlərin sayı 900-ü keçdi
- İran ordusu ABŞ PUA-sını məhv etdi
- Sizin də küçədə itlər adamlardan çoxdur?
- Putin Çindən asılı vəziyyət düşür - VSJ