Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
“BUTA.TV” xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub.
Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.
Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.




- Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
- Nepalda ölənlərin sayı 1000 nəfəri keçdi
- Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
- Pezeşkian qızına ana dilində müraciət etdi - Video
- Rusiya hücumu: 12 nəfər öldü, onlarla yaralı var
- Məhkəmədən İmran Xan və xanımı ilə bağlı qərar
- 1651-ci gün: Rusiyanın itkiləri yeniləndi
- İran liderləri dəlidirlər - Vens