Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib

11:00 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifflə əvvəlcədən hazır olub və mümkün danışıqlar üçün qrafikində vaxt da ayırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Aqenstvo” Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.

“Lakin Retkliff tərəfindən gətirilən ismarıcın məzmunu prezidentə çatdırıldıqdan sonra görüşün keçirilməsi məqsədəuyğun hesab edilməyib. Retkliff Moskvaya Rusiya rəhbərliyinə müharibəyə ən qısa müddətdə son qoymaq üçün danışıqlar aparmaq çağırışı ilə gəlib. O, Rusiyanın hərbi və iqtisadi vəziyyətinin pisləşdiyini və Moskvanın daha da zəifləməsini gözləməkdənsə, indi müqavilə bağlamasının daha sərfəli olduğunu güman edirdi. Səfəri zamanı Retkliff Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb. Bu görüşlərdən sonra söhbətin məzmunu Putinə məruzə edilib, bundan sonra prezident MKİ direktoru ilə şəxsən görüşməkdən imtina edib. Onun ismarıcı elə təsir bağışlayırdı ki, sanki Zelenski artıq Poklonnaya təpəsində dayanıb durbinlə Kremli izləyir. Deyəsən, Retkliff ünvanı səhv salıb”, - mənbə bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol