Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir.
“BUTA.TV”nun məlumatına görə, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.
Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb:
“Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.
Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər. Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
- Putindən Ermənistana: İstəsəniz, sabah o bazadan çıxa bilərik!
- İran elan etdi: Hörmüz boğazı bağlandı
- İran ABŞ-a məxsus PUA-nı məhv etdi
- ABŞ İranda toy keçirilən yeri bombaladı - Yenilənib
- ABŞ İranda toy mərasiminə zərbə endirdi: ölənlər var
- ABŞ-ın hücumu: İran cavab zərbələrinə başladı
- Hücum hələ qarşıdadır, İrandan az şey qalacaq - Tramp
- Paşinyandan Putinə: Referendumdan imtina etdik!