Rusiya Prezidenti Vladimir Putin öz reputasiyasına artıq əhəmiyyət vermir.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın sabiq xüsusi tapşırıqlar üzrə federal naziri Volfqanq Şmidt deyib.
"Putin Leypsiqdəki hibrid hücuma görə, Almaniyanın reaksiyasından çəkinməyəcək, əksinə tez bir zamanda cavab verəcək.
Vəzifədə olduğum müddətdə Rusiyanın beş baş konsulluğundan dördünü - Hamburq, Leypsiq, Frankfurt və Münhendə bağladıq. Buna cavab olaraq da, Almaniyanın Rusiyadakı baş konsulluqları müvafiq olaraq bağlandı. Açıq qalan yeganə konsulluq Sankt-Peterburqdakıdır", - deyə o bildirib.
Şmidtin fikrincə, Bonndakı Rusiya konsulluğunun bağlanmasına cavab olaraq, Sankt-Peterburqdakı qalan sonuncu Almaniya konsulluğu bağlanacaq.
Şmidt həmçinin Putinin güzəştə getməyəcəyinə əmindir:
"Biz bu məqamda demək olar ki, tamamilə öz nüfuzuna əhəmiyyət verməyən bir rəqiblə qarşılaşırıq".
- Erməni general sərhədə gəldi - Video
- Əhməd Davudoğlu barəsində istintaq başladıldı
- Rusiyadan Zelenskinin xəbərdarlığı ilə bağlı açıqlama
- Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
- Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
- Leyeni “Fürer Ursula” adlandırırıq - Lavrov
- İranda valyuta böhranı dərinləşir - Rialdan tarixi rekord
- Prezident qəbul keçirdi - Fotolar