Ermənistan və İran yük maşınlarının keçidini sadələşdirir

14:30 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Ermənistan və İran yük maşınlarının keçidini sadələşdirir

Ermənistan və İran arasında “Sadələşdirilmiş gömrük dəhlizi” rejiminin yaradılması planlaşdırılır.

BUTA.TV xəbər verir ki, müvafiq protokol layihəsi Ermənistan hökumətinin iclasında təsdiqlənib. Layihə İran tərəfinin təşəbbüsü ilə hazırlanıb.

Razılaşmaya əsasən, bir ölkənin gömrük orqanları qonşu ölkəyə göndərilən yüklər və göndərənlər barədə elektron məlumatları qarşı tərəfə təqdim edəcək. Bundan sonra yük qəbul edən ölkənin gömrük orqanları tərəfindən sadələşdirilmiş qaydada yoxlanılacaq.

Bildirilib ki, bu rejim gömrük qanunvericiliyinin pozulması baxımından risk yaratmayan və etibarlı hesab edilən şirkətlərə tətbiq olunacaq. Sadələşdirilmiş yoxlama şəxsi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Yeni sistem yük rəsmiləşdirilməsinə sərf olunan vaxtı azaltmaqla yanaşı, yük maşınlarının sərhəddən keçidini də sürətləndirəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ermənistan-İran sərhədindəki Mehri keçid məntəqəsinin əsaslı şəkildə yenidən qurulması başa çatdıqdan sonra yeni rejimin tətbiqinə başlanılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol