İran Ali Məhkəməsi etirazçılara dəstək verdiyinə görə saxlanılan məşhur iş adamı Sadiq Səidiniya barədə qərarı təsdiq edib.
BUTA.TV xəbər verir ki, bu haqda İran məhkəməsinin “Mizan” saytı məlumat yayıb.
Məlumata görə, Səidiniya bütün əmlak və aktivləri müsadirə olunmaqla, 12 il 6 ay həbs cəzasına məhkum edilib.
İş adamı “düşmən qrupların xeyrinə ölkənin təhlükəsizliyinə qarşı media və təbliğat fəaliyyəti aparmaq”da günahlandırılıb.
Qeyd edək ki, Qum şəhərindən olan Səidiniya İranın müxtəlif bölgələrində çoxsaylı kafe, restoran və şirniyyat evləri şəbəkəsinin sahibidir.
- Ukraynada insanları sahibsiz it kimi cəbhəyə aparırlar
- Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü
- Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
- Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi
- Putin rus xalqını hər şeyə hazır olmağa çağırdı
- Sülh danışıqlarında irəliləyiş gözlənilir
- Rusiya üçün viza olmayacaq - Paşinyan
- İstanbulda güclü yanğın – Video