Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - Açıqlama

12:57 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - Açıqlama

Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb. 

BUTA.TV” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məktəb direktorunun vəzifədən azad edildikdən sonra məktəbin sanitar qovşağındakı avadanlıqları, əl-üzyuyanları sökərək öz evinə apardığı iddia olunur. 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla əlaqədar araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur”.

Gülnar Əliyeva




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol