Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı nəqliyyat vasitəsi aşıb. İlkin məlumata əsasən, hadisə sürücü A.Cabbarovun sükan arxasında yuxulaması səbəbindən baş verib.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sürücülərə müraciət edib.
O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur: “Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.
Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.
Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil”.
- Türkiyə və Ermənistandan birgə bəyanat
- 41 yaşlı yeni sədr kimdir?
- İranın nümayəndə heyəti ABŞ-a gedə bilər - Bəqai
- İranda iki polis öldürüldü
- Qadınlar dronları kişilərdən yaxşı idarə edir - Reznikov
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
- Fəxri Kazımov vəzifəsindən azad olundu
- Prezident Əziz Səncəri təltif etdi