Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Ukraynadakı münaqişənin həllinin mümkün yollarını müzakirə edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Amerika nümayəndələri bu səfərə ciddi hazırlıqlar gördülər. Onlar təkcə hərbi əməliyyatların tezliklə dayandırılmasında ənənəvi maraqlarını ifadə etmədilər, həm də mümkün həll yolları ilə bağlı bir sıra fikirlər irəli sürdülər. Putin münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini bir daha vurğulayıb və Rusiya ordusunun irəliləyişini qeyd edib”, - Uşakov deyib.
Qeyd edək ki, Putin Uitkoff və Kuşnerlə ötən gün Kremldə görüşüb.
- Trampın reytinqi rekord dərəcədə aşağı düşdü
- Misirin məşhur aparıcısı edama məhkum edildi
- Putin Uitkoff və Kuşnerlə bunları müzakirə etdi - Uşakov
- Ukrayna daha bir neft emalı zavodunu vurdu - Video
- Merz etiraf etdi: Nəticələrdən narazıyam…
- Heqset xəbərdarlıq etdi: İran tankerləri məhv ediləcək
- Niyə mənim uşaqlarım Şuşanın daşına yazmaz?
- Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - ABŞ